Dünya çempionatının ən çox qazanan baş məşqçiləri

11 May 2018 12:12 Dünya çempionatı 759
Dünya çempionatının ən çox qazanan baş məşqçiləri

DÇ-2018-də iştirak edəcək komandaların baş məşqçilərinin məvacibi açıqlanıb.

Sportinfo.az xəbər verir ki, mundialda ən varlı məşqçi statusunda Almaniya yığmasının çalışdırıcısı Yoahim Löv olacaq.

Onun illik məvacibi 3,8 milyon avrodu. Braziliya yığmasının baş məşqçisi Tite isə ildə 3,4 milyon avro qazanır. Fransa yığmasının baş məşqçisi Didye Deşamın da illik məvacibi 3,4 milyon avrodu.

4-cü pillədə İspaniya yığmasının çalışdırıcısı Xulen Lopeteqi qərarlaşıb - 2,9 milyon avro. Rusiya yığmasının baş məşqçisi Stanislav Çerçesov isə 5-ci pillədədi - 2,5 milyon avro.

Mundialın ən kasıb məşqçisi isə Aliu Sissedi. Seneqal yığmasının çalışdırıcısı ildə cəmisi 200 min avro məvacib alır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti