Avropa parlamentinin 60 deputatı Avropa İttifaqına müraciət edərək, Rusiyada keçiriləcək dünya çempionatını boykot etməyə çağırıblar.
Sportinfo.az xəbər verir ki, deputatlar Rusiya kimi avtoritar bir ölkədə mundialın keçirilməsinin yolverilməz olduğunu bildiriblər.
Onlar qeyd ediblər ki, Rusiya prezidenti Vladimir Putin Avropa dəyərlərini ələ salır: “Bu çətin dövrdə bütün dünya Avropaya müraciət edir. Bizim ölkələr avtoritar və antiqərb yolu seçən Putinin siyasətinə dəstək verməməlidi.
Dünyanın demokratik dəyərlərini və insan hüquqlarının müdafiəsini qorumaq, Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatını boykot etmək lazımdı. Putin Avropa dəyərlərini ələ salır”.

