Rusiyada keçiriləcək dünya çempionatında mübahisəli epizodlar videotəkrar (VAR) sisteminin köməyi ilə azarkeşlərə göstəriləcək.
Sportinfo.az xəbər verir ki, bu, mundialın oyunları zamanı stadionların böyük ekranlarında VAR-ın köməyi ilə futbolsevərlərə nümayiş olunacaq.
Lakin epizodun təkrarı qərar qəbul edildikdən sonra göstəriləcək. Eyni zamanda hakim qərarı nə üçün verdiyini izah edəcək. Dünya çempionatının oyunları 14 iyun – 15 iyulda 11 şəhərdə keçiriləcək.

