Yığmanın dünya çempionu olacağı təqdirdə alacağı mükafat

21 Aprel 2018 14:36 Dünya çempionatı 649
Yığmanın dünya çempionu olacağı təqdirdə alacağı mükafat

Fransa yığmasının dünya çempionatında qızıl medal qazanacağı təqdirdə hər bir futbolçusunun alacağı mükafat müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, komandanın hər bir üzvü mundialı qalib başa vuracaqları halda 400 min avro əldə edəcək.

Mənbənin bildirdiyinə əsasən, komandaya 2016-cı ildə Avropa çempionu olmaq üçün 300 min avro vəd olunmuşdu. Fransa yığması finalda Portuqaliyaya məğlub olduğuna görə bu məbləği ala bilməyib.

DÇ-2018 iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti