"Mənim olmadığım dünya çempionatı dünya çempionatı deyil"

18 Aprel 2018 20:00 Dünya çempionatı 849
"Mənim olmadığım dünya çempionatı dünya çempionatı deyil"

Hazırda ABŞ-ın “Los Anceles Qalaksi” klubunda top qovan Zlatan İbrahimoviç dünya çempionatında İsveç millisinin heyətində çıxış edəcəyini deyib.

Sportinfo.az xəbər verir ki, bu barədə hücumçu özü Amerikada qatıldığı proqramlardan birində məlumat verib.

İbra AÇ-2016-dan sonra İsveç millisində çıxışını başa vurduğunu aıqlamışdı. O, mundialda çıxış etmək istədiyini deyib:

“Dünya çempionatına qatılacam. Bu məsələ ilə bağlı bir az da çox danışsam, insanlar məni ittiham edə bilərlər. Mənim olmadığım dünya çempionatı, dünya çempionatı deyil”.

Digər Xəbərlər
Xəbər Lenti