DÇ-nın oyunlarını idarə edəcək hakimlərə yeni səlahiyyət verildi

14 Aprel 2018 18:24 Dünya çempionatı 610
DÇ-nın oyunlarını idarə edəcək hakimlərə yeni səlahiyyət verildi

FİFA Rusiyada keçiriləcək dünya çempionatının hakimləri irqçilik hallarının üzə çıxarılması istiqamətində təlimatlandırılacaq.

Sportinfo.az xəbər verir ki, ədalət təmsilçilərinə oyunu dayandırma və ya təxirə salma səlahiyyəti veriləcək.

Görüşlər zamanı hakimləri xüsusi müşahidəçilər dəstəkləyəcək. Onlar istənilən ayrıseçkiliyə diqqət yetirəcəklər.

Müşahidəçilər işə iyunun 14-də Rusiya və Səudiyyə Ərəbistanı milliləri arasında keçiriləcək açılış oyunundan başlayacaqlar.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti