Dünya çempionatını Azərbaycanda yayımlayacaq kanal məlum oldu

8 Aprel 2018 17:14 Dünya çempionatı 855
Dünya çempionatını Azərbaycanda yayımlayacaq kanal məlum oldu

14 iyun - 15 iyul tarixlərində Rusiyada keçiriləcək Futbol üzrə Dünya Kubokunu Azərbaycanda yayımlayacaq kanalın adı bəlli olub.

Sportinfo.az xəbər verir ki, mundialın oyunları “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC tərəfindən göstəriləcək.

Bu isə o deməkdi ki, azarkeşlər dörd ildən bir keçirilən mötəbər turniri “Azərbaycan Televiziyası” və “İdman Azərbaycan” kanalı vasitəsilə canlı izləyə biləcəklər.

Turnir ərzində keçiriləcək 64 oyunun hər biri tamaçılara təqdim ediləcək. Artıq bu yöndə fəaliyyətə də başlanılıb. “İdman Azərbaycan” kanalında anonslar, videoçarxlar və digər informasiyalar təqdim edilir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti