Rusiya Daxili İşlər Nazirliyi ölkədə keçiriləcək dünya çempionatının oyunlarına narkotik maddələrin keçirilməsinə icazə verib.
Sportinfo.az xəbər verir ki, mundialın Təşkilat Komitəsi ilə birgə hüquq-mühafizə orqanlarının əməkdaşları insanların stadionlara qadağan olunmuş maddələrlə buraxılması üçün xüsusi qayda müəyyənləşdirib.
DÇ-2018-də azarkeşlər əllərində resept olmaq şərti ilə dərman preparatları, narkotik və psixotrop maddələrlə stadionlara daxil ola bilər.
Dərman siyahısı rus və ingilis dillərində təqdim olunmalıdı. Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək.

