Azərbaycana qarşı dönük çıxan şahmat üzrə sabiq dünya çempionu Harri Kasparov Rusiyanı da satıb.
Sportinfo.az xəbər verir ki, hazırda ABŞ-da yaşayan Kasparov Rusiyada keçiriləcək dünya çempionatını boykot etməyə çağırış edib.
Şahmat üzrə sabiq dünya çempionu Anatalo Karpov onun bu çağırışına münasibət bildirib. Karpov Kasparovun satıq xarakterə sahib olduğunu bildirib:
“Kasparov hazırda ABŞ-da yaşayır. O, indi bu ölkəyə işləyir. Belə satqınlıq onun xarakterinə tamamilə uyğundu. Ancaq hesab edirəm ki, dünya çempionatını boykot etmək üçün atılan addımlar artıq iflasa uğrayıb.
Əlbəttə, onların arzuları böyük idi, istəyirdilər ki, mundial Rusiyada keçirilməsin. Bundan sonra xırda məsələlərə əl atacaqlar”.

