Rusiyada keçiriləcək dünya çempionatını bir çox ölkələr rəsmilər səviyyəsində boykot etməyi planlaşdırırlar.
Sportinfo.az xəbər verir ki, bu iddianı İngiltərənin “The Sun” nəşri yayıb.
Nəşrin əldə etdiyi məlumata görə, Polşa, Danimarka, İsveç, Avstraliya və Yaponiyanın dövlət məmurları DÇ-ni boykot edəcəklər.
Bu ölkələrin heç birindən hakimiyyət nümayəndəsi Rusiyaya yollanmayacaq. Artıq İngiltərənin və İslandiyanın dövlət məmurlarının mundialı boykot edəcəkləri ilə bağlı məlumat təsdiqini tapıb.
Bir müddət əvvəl İngiltərənin baş naziri Tereza Mey bildirmişdi ki, kral ailəsindən və dövlət məmurlarından heç kim Rusiyaya getməyəcək.
Rusiyanın Reykyavikdəki səfiri Anton Vasilyev ölkəsinin mətbuatına açıqlamasında bildirmişdi ki, İslandiya rəhbərliyindən heç kim dünya çempionatını ziyarət etməyəcək.

