2026-cı ildə keçiriləcək dünya çempionatı üçün 4 ölkə FİFA-ya rəsmi müraciət ünvanlayıb.
Sportinfo.az xəbər verir ki, bu barədə ali futbol qurumunun mətbuat xidməti xəbər yayıb.
Bildirilib ki, ABŞ, Kanada, Meksika və Mərakeş mundialı təşkil etmək üçün namizədliyini irəli sürüb.
FİFA DÇ-2026-ya ev sahibliyi edəcək ölkənin adını iyunun 13-də Moskvada keçiriləcək konqresdə 211 üzv ölkənin federasiya nümayəndələrinin açıq səsverməsi ilə müəyyən edəcək.

