DÇ-ni boykot qərarı aldı

27 Mart 2018 11:12 Dünya çempionatı 517
DÇ-ni boykot qərarı aldı

Rusiyanın keçmiş casusu Sergey Skripalın Böyük Britaniyada zəhərlənməsi ilə əlaqədar qalmaqal bu gedişlə qarşıdakı dünya çempionatına da təsirsiz ötüşməyəcək.

Sportinfo.az xəbər verir ki, artıq İslandiya hökuməti bu baxımdan ilk addımı atıb.

Belə ki, Rusiya ilə siyasi müstəvidə ikili dialoqu donduran İslandiya DÇ-2018-lə də bağlı gözlənilməz qərar qəbul edib. İslandiya hökuməti qarşıdakı mundialı “diplomatik” olaraq boykot etdiklərini açıqlayıblar.

Rusiyanın Reykyavikdəki səfiri Anton Vasilyev də ölkəsinin mətbuatına açıqlamasında bunu təsdiq edib: “İslandiya rəhbərliyi bu yay keçiriləcək dünya çempionatını ziyarət etməyəcəklər”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti