Dünya çempionatının rəsmi topu “Telstar-18” qapıçılarda böyük narahatlıq doğurub.
Sportinfo.az xəbər verir ki, məşhur qolkiperlər De Xea, Pepe Reyna və Ter Şteqen yoldaşlıq görüşlərindən sonra mətbuata açıqlamalarında topun əldə tutulmasının xeyli çətin olduğunu bildiriblər.
İspan qapıçı Pepe Reyna “Qəribə topdur, bunu daha da təkmilləşdirmək lazım idi. Mərc gəlirəm ki, DÇ-də uzaqdan vurulmuş xeyli qol izləyəcəyik. Çünki topu tutmaq çox çətindir” deyib.
De Xea və Ter Şteqen də “Telstar-18”-in qapıçılar üçün təhlükəli olduğunu vurğulayıblar.

