Rusiyada keçiriləcək dünya çempionatının oyunlarına 2 milyona yaxın bilet satılıb.
Sportinfo.az xəbər verir ki, bunu FIFA-nın nümayəndəsi Kolin Smit bildirib.
O deyib ki, biletlərin 50 faizini xarici ölkələrin vətəndaşları alıblar. Dünya çempionatının oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.

