FIFA təsdiqlədi: Dünya çempionatında yeniliklər olacaq

17 Mart 2018 14:24 Dünya çempionatı 507
FIFA təsdiqlədi: Dünya çempionatında yeniliklər olacaq

FİFA Rusiyada keçiriləcək dünya çempionatı ilə bağlı yeni qərarları təsdiqləyib.

Sportinfo.az xəbər verir ki, FİFA mundialda komandaların 4-cü əvəzetmə hüququnu təsdiq edib.

Yeni qayda yalnız əlavə vaxt olduğu təqdirdə tədbiq edilə bilər. Bu variant 2017-ci ildə Rusiyada keçirilən Konfederasiyalar kubokunda ilk dəfə sınaqdan keçirilmişdi.

FİFA mundialda videotəkrar sistemindən istifadə edilməsini rəsmən təsdiqləyib. Dünya çempionatı iyunun 14-dən iyulun 15-nə qədər keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti