“Biz dünya çempionatına getməyə hazırlaşırıq"

16 Mart 2018 00:50 Dünya çempionatı 492
“Biz dünya çempionatına getməyə hazırlaşırıq"

“Əlbəttə, bu ciddi məsələdi.

Amma mənim vəzifəm öz işimə diqqət yetirmək və komandanı hazırlamaqdır”.

Sportinfo.az xəbər verir ki, bu sözləri İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeyt yerli mətbuata açıqlamasında deyib.

Hökumətin yayda Rusiyada keçiriləcək dünya çempionatını boykot etmək qərarına münasibət bildirən mütəxəssis turnirdə iştirak edəcəklərini söyləyib:

“Biz dünya çempionatına getməyə hazırlaşırıq. Heç şübhəsiz, bu, bizim etməli olduğumuz işdir. Bununla yanaşı, futbolçularımız və azarkeşlərimizin təhlükəsizlik tədbirlərini də planlaşdırmalıyıq”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti