FİFA rəsmi "Tvitter" hesabı vasitəsilə DÇ-2018-in başlamasına 100 gün qalması münasibəti ilə hazırlanmış videoçarx paylaşıb.
Sportinfo.az xəbər verir ki, videoçarxda Rusiya prezidenti Vladimir Putin, FİFA prezidenti Canni İnfantino, braziliyalı Ronaldo, Dieqo Maradona və bir sıra məşhur futbolçular top çiləyiblər.
Topa 100-cü zərbəni V.Putin endirib. DÇ- 2018 iyunun 14-də Rusiya və Səudiyyə Ərəbistanı yığmaları arasındakı görüşlə start götürəcək.

