Rusiyadakı "Yekaterinburq Arena" stadionu 2018-ci il dünya çempionatı üçün istifadəyə verilib.
Sportinfo.az xəbər verir ki, bu barədə Sverdlovsk vilayətinin İnformasiya siyasəti departamenti məlumat yayıb.
Yeni stadionda ilk oyunun aprelin 1-də keçirilməsi nəzərdə tutulub. 35 min tamaşaçı tutumuna malik arenada, həmçinin, əlil insanların oyunları izləməsi üçün də şərait yaradılıb.
Dünya çempionatı iyunun 14-dən iyulun 15-dək keçiriləcək. "Yeketerinburq Arena"da 4 oyun olacaq. İyunun 15-də Misir - Uruqvar, iyunun 21-də Fransa - Peru, iyunun 24-də Yaponiya - Seneqal və iyunun 27-də Meksika - İsveç matçları bu stadionda baş tutacaq.

