Mourinyo dünya çempionatında şərhçilik edəcək

22 Fevral 2018 20:48 Dünya çempionatı 551
Mourinyo dünya çempionatında şərhçilik edəcək

"Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyo Rusiyada təşkil ediləcək dünya çempionatı zamanı heç də tam istirahət etməyəcək.

Sportinfo.az xəbər verir ki, o, özünü yeni sahədə sınayacaq.

Portuqaliyalı mütəxəssis yayda keçiriləcək mundial zamanı şərhçi kimi fəaliyyət göstərəcək. "Qırmızı şeytanlar"ın baş məşqçisi adı açıqlanmayan telekanalların birində məharətini göstərəcək.

Ancaq Mourinyo bütün çempionat boyunca yox, sadəcə, bir oyunu şərh edəcək. DÇ-2018-in final mərhələsi 14 iyun - 15 iyul aralığında keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti