Samarada dünya çempionatı üçün üzən hotellər istifadəyə veriləcək

10 Fevral 2018 19:12 Dünya çempionatı 520
Samarada dünya çempionatı üçün üzən hotellər istifadəyə veriləcək

Rusiyanın Samara şəhərində dünya çempionatının keçiriləcəyi günlərdə qonaqlar üçün üzən mehmanxanalar fəaliyyət göstərəcək.

Sportinfo.az xəbər verir ki, həmin müddətdə Samarada Volqa çayı boyunca gəmilər hotel xidmətləri təqdim edəcək.

Hazırda bu layihə ilə əlaqədar kruiz şirkətləri danışıqlar aparılır. Rusiyada dünya çempionatı iyunun 14-dən iyulun 15-dək davam edəcək.

Oyunlar ölkənin 11 şəhərində baş tutacaq. Samarada 6 oyunun keçirilməsi nəzərdə tutulur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti