Bakıya gətirildi - FOTOLAR

9 Fevral 2018 14:00 Dünya çempionatı 521
Bakıya gətirildi - FOTOLAR

FİFA Dünya çempionatının kuboku Azərbaycana gətirilib.

Sportinfo.az xəbər verir ki, dünya çempionatının baş mükafatının Bakıya səfəri "Coca-Cola” şirkətinin uzunmüddətli tərəfdaşı olan AFFA ilə birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.

Xüsusi təyyarə ilə gətirilən kuboku Fransa millisinin heyətində 1998-ci ilin dünya çempionu Kristian Karambö müşayiət edib. Mükafatı qarşılayanlar arasında AFFA-nın baş katibi Elxan Məmmədov da olub.

Baş mükafat Heydər Əliyev Beynəlxalq Hava Limanından "Hilton" otelinə aparılıb. Saat 13:00-dan 19:00-dək futbol azarkeşləri Dünya Kubokunu yaxından görə biləcəklər.

Oteldə təşkil olunacaq mətbuat konfransının ardından kubok şəhər sakinləri və qonaqlara nümayiş etdirilməsi üçün “Gənclik Mall” ticarət mərkəzinə aparılacaq.

Image may contain: 7 people, people smiling, sky and outdoor

Image may contain: 4 people, outdoor

Image may contain: 3 people, people smiling

Image may contain: 7 people, people smiling, outdoor

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti