FİFA-dan DÇ-danda yığmaların iştirakçı siyahısı ilə bağlı yenilik

9 Fevral 2018 11:12 Dünya çempionatı 815
FİFA-dan DÇ-danda yığmaların iştirakçı siyahısı ilə bağlı yenilik

Rusiyada keçiriləcək dünya çempionatında komandaların ilkin iştirak ərizələrindəki oyunçu sayı artırılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə DÇ-2018-in Təşkilat Komitəsi qərar qəbul edib.

FİFA mətbuat xidmətinin yaydığı press-relizdə deyilir: "Yığma məşqçilərinin istəklərini nəzərə alan Təşkilat Komitəsi geniş iştirak ərizəsinə salınacaq oyunçuların sayının 30-dan 35-ə artırılmasına razılıq verib.

Bundan başqa FİFA milli federasiyanın razılığı ilə geniş heyəti açıqlaya bilər. Bu düzəlişlər martın 16-da FİFA Şurasının iclasında təsdiqlənməlidi".

DÇ-2018-də yığmaların ilkin iştirakçı siyahısı FİFA-ya mayın 14-dək, 23 oyunçudan ibarət yekun ərizə isə iyunun 4-dək təqdim olunmalıdı. Dünya çempionatı 14 iyun - 15 iyulda keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti