Ukraynalı jurnalistlər dünya çempionatına buraxılmadı

1 Fevral 2018 17:36 Dünya çempionatı 466
Ukraynalı jurnalistlər dünya çempionatına buraxılmadı

Ukraynalı jurnalistlər Rusiyada keçiriləcək dünya çempionatını izləyə bilməyəcəklər.

Sportinfo.az xəbər verir ki, ukraynalı jurnalistlərə akkreditasiya verilməyib.

Bu barədə qərarı Ukrayna Futbol Federasiyası verib. Federasiya təhlükəsizliyi əsas gətirərək, belə addım atıb.

Ancaq bir müddət əvvəl federasiya bildirmişdi ki, jurnalistlərin qeydiyyatdan keçməsi üçün xüsusi elektron açar təqdim edəcək.

Amma bir neçə gün əvvəl jurnalistlərə məlum olub ki, onlar DÇ-də iştirak edə bilməyəcəklər. Akkreditasiya üçün son müraciət tarixi yanvarın 31-də başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti