FIFA DÇ-2018 üçün AFFA-ya pulsuz bilet ayırmadı

21 Yanvar 2018 11:02 Dünya çempionatı 516
FIFA DÇ-2018 üçün AFFA-ya pulsuz bilet ayırmadı

FIFA bu il Rusiyada keçiriləcək dünya çempionatı üçün AFFA-ya pulsuz bilet ayırmayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

DÇ-2018-in oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. O bildirib ki, Azərbaycan vətəndaşları biletləri onlayn şəkildə FIFA-dan əldə edə bilərlər:

“Dünya çempionatı üçün bilet satışını FIFA onlayn formada təşkil edir. Yerli federasiyalar bu prosesdə iştirak etmirlər.

Azarkeşlər biletləri internet üzərindən ələd edə bilərlər. AFFA olaraq biz də biletləri eyni formada alıb, üzvlərimizə təqdim edəcəyik”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti