Mərakeşin sənaye naziri Mulay Hafid Elalami maraqlı açıqlama ilə çıxış edib.
Sportinfo.az xəbər verir ki, o, ölkəsinin 2026-cı ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək fikrində olduğunu bəyan edib.
Nazir bildirib ki, artıq kral VI Məhəmmədin adından bununla bağlı FİFA-ya rəsmi müraciət də ünvanlayıblar.
Mərakeş DÇ-2026-nı tək keçirmək istəmir. Belə ki, bu ölkə mundiala İspaniya ilə birgə ev sahibliyi etmək fikrindədi. Lakin bu iki ölkənin fərqli qitələrdə yerləşməsi DÇ-nin siyasəti ilə heç də uyğun gəlmir.

