“Bizi favorit adlandırmaq istəyirlərsə, buyursunlar”

“Bizi favorit adlandırmaq istəyirlərsə, buyursunlar”

Leverkuzen “Bayer”inin müdafiəçisi Alexandro Qrimaldo dünya çempionatı öncəsi İspaniya millisinin şansları barədə danışıb və komandasının turnirin əsas favoritlərindən biri hesab olunmasına münasibət bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı futbolçu, favorit statusunun komandaya əlavə təzyiq yaratmadığını vurğulayıb:

“Buna xüsusi diqqət yetirmirəm. Avropa çempionatında da belə idi.

Bizi favorit adlandırmaq istəyirlərsə, buyursunlar. Bu nə bizə təzyiq edir, nə də arxayınlaşdırır.

Biz bilirik ki, dünya çempionu ola biləcək komandamız var. Bu, faktdır.

Biz Avropanın hazırkı çempionuyuq və heyətimizdə böyük istedadlar var. Məqsədimiz yalnız qələbə qazanmaqdır”.

İspaniya millisi DÇ-2026-nın qrup mərhələsində Səudiyyə Ərəbistanı, Uruqvay və Kabo-Verde yığmaları ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti