Neymarı yekun heyətə daxil etmək qərarına gəldi - Dünya çempionatı üçün

Neymarı yekun heyətə daxil etmək qərarına gəldi - Dünya çempionatı üçün

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarı dünya çempionatı üçün yekun heyətə daxil etmək qərarına gəlib.

Sportinfo.az “The Touchline”-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis gözlənilməz addım ataraq 34 yaşlı hücumçunu yenidən “sambaçılar”ın sıralarına qaytarıb.

Hazırda “Santos” çıxış edən Neymarın son illərdə yaşadığı zədələr və qeyri-sabit performansı onun mundiala gedib-getməyəcəyi ilə bağlı ciddi şübhələr yaratmışdı.

Braziliya millisinin yekun sifariş ərizəsi mayın 18-də açıqlanacaq.

Neymar 2023-cü ilin payızından bəri milli komandanın heyətində meydana çıxmayıb.

11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.

Turnirə 48 komanda qatılacaq. Braziliya millisi mundialın qrup mərhələsində Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə üz-üzə gələcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti