“Allah qoysa, mən də dünya çempionatında olacam”

29 Aprel 21:40 Dünya çempionatı 375
“Allah qoysa, mən də dünya çempionatında olacam”

“Santos”un hücumçusu Neymar hələ də Braziliya millisiylə qarşıdan gələn dünya çempionatında oynayacağına inanır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “sambaçı” hələ də DÇ-2026 ilə bağlı ümidini itirməyib:

“Hər kəs dünya çempionatında oynamağı xəyal edir. Allah qoysa, mən də orada olacam”.

Neymar Braziliya millisində ümumilikdə 128 oyun keçirib və 79 qol vurub. Onun yığmada sonuncu oyunu 2023-cü ilin oktyabrında olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı