DÇ-2026-da iştirak edəcək komandaların pulunu artıracaq - FİFA

DÇ-2026-da iştirak edəcək komandaların pulunu artıracaq - FİFA

FİFA 2026-cı il dünya çempionatında mükafat və iştirakçı ödənişlərini artırmağa hazırlaşır.

Sportinfo.az “The Athletic”-ə istinadən xəbər verir ki, qurum DÇ-2026 ilə bağlı milli federasiyalarla maliyyə şərtlərinin artırılması üçün danışıqlar aparır.

Planlaşdırılır ki, yeni maliyyə paketinə dair qərar aprelin 28-də Vankuverdə keçiriləcək FİFA Şurasının iclasında təsdiqlənsin.

Bəzi Avropa futbol assosiasiyaları yüksək xərclər – xüsusilə, ABŞ-yə səfər, uçuş və vergi məsələləri səbəbindən ödənişlərin artırılmasını tələb edib.

Ancaq FİFA bildirir ki, bu qərar əsasən təşkilatın gözlənilən 11 milyard dollardan çox gəliri əsasında müstəqil şəkildə hazırlanıb.

11 iyun-19 iyul tarixlərini əhatə edəcək 2026-cı il dünya çempionatı ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək.

Yeni plan üzrə, turnirdə ümumilikdə 727 milyon dollar mükafat fondu bölüşdürüləcək. Qalib komanda 50 milyon dollar qazanacaq, iştirakçı yığmalar isə azı 10,5 milyon dollar əldə edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
27 Aprel 18:10 Çək və bizə göndər!