“Açığı, ürəyim qırılıb, hər şey mənasını itirib” - DÇ-2026-dan kənar qalacaq

“Açığı, ürəyim qırılıb, hər şey mənasını itirib” - DÇ-2026-dan kənar qalacaq

“Tottenhem”in yarımmüdafiəçisi Xavi Simons ciddi zədə səbəbindən 2026-cı il dünya çempionatında iştirak edə bilməyəcək. Bu barədə Niderland millisinin üzvü özü məlumat verib.

O, “Vulverhempton”a qarşı keçirilən Premyer Liqa matçında (1:0) dizindən zədələnib.

Sportinfo.az xəbər verir ki, Simons sosial şəbəkədəki paylaşımında duyğularını belə ifadə edib:

“Deyirlər həyat bəzən çox amansız olur və bu gün elə günlərdən biridir. Mövsümüm qəfil başa çatdı və bunu anlamağa çalışıram.

Açığı, ürəyim qırılıb. Hər şey mənasını itirib. İstədiyim yeganə şey komandam üçün mübarizə aparmaq idi.

Amma indi bu imkan əlimdən alındı – dünya çempionatı ilə birlikdə. Bu yay ölkəmi təmsil edə bilməyəcəm.

Bununla barışmaq üçün zamana ehtiyacım var, amma yenə də komandam üçün mümkün olan ən yaxşı tərəfdaş olacam. İnanıram ki, birlikdə bu sınaqdan çıxacağıq.

Mən bu yolu inam, güc və dözümlə keçəcəm və geridönüş günümü səbirsizliklə gözləyəcəm. Mənə qarşı səbirli olun”.

Bu itki Niderland millisi üçün də ciddi zərbə hesab olunur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti