İran ABŞ-də keçiriləcək DÇ-də iştirak edəcək? - AÇIQLANDI

İran ABŞ-də keçiriləcək DÇ-də iştirak edəcək? - AÇIQLANDI

İran hökuməti ölkənin milli komandasının 2026-cı ildə ABŞ-də keçiriləcək dünya çempionatında iştirakına hazır olduğunu bəyan edib.

Sportinfo.az xəbər verir ki, bunu hökumət sözçüsü Fatimə Mohecerani dövlət televiziyasına açıqlamasında deyib.

Mohecerani bildirib ki, Gənclər və İdman Nazirliyi milli komandanın turnirdə iştirakı üçün bütün hazırlıqların tamamlandığını təsdiqləyib.

Onun sözlərinə görə, komandanın uğurlu və qürurlu çıxışı üçün zəruri tədbirlər artıq görülüb.

Dünya çempionatının ABŞ, Kanada və Meksikada keçirilməsi planlaşdırılır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 17:30 Çək və bizə göndər!