DÇ-2018-in rəsmi himnini Ledi Qaqa ifa edəcək?

8 Yanvar 2018 13:36 Dünya çempionatı 513
DÇ-2018-in rəsmi himnini Ledi Qaqa ifa edəcək?

Məşhur amerikalı müğənni Ledi Qaqa Rusiyada keçiriləcək 2018-ci il Dünya çempionatının rəsmi himnini ifa edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Britaniyanın "Daily Star" qəzeti yazıb.

Nəşrin məlumatına görə, 31 yaşlı ifaçı artıq mahnını yazıb və təsdiq üçün FİFA-ya göndərib. Təşkilat bəstəni turnirin rəsmi himni kimi təsdiq etməsə, müğənni onu yeni solo albomuna daxil edəcək. Dünya çempionatının oyunları 14 iyundan 15 iyuladək Rusiyanın 11 şəhərində keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti