“İran millisi dünya çempionatına gələcək” - FİFA prezidenti

“İran millisi dünya çempionatına gələcək” - FİFA prezidenti

FİFA prezidenti Canni İnfantino İran millisinin Yaxın Şərqdəki münaqişəyə baxmayaraq, qarşıdan gələn 2026-cı il dünya çempionatında iştirak edəcəyini bildirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, idmanın siyasətdən kənar olduğunu söyləyib:

“İran millisi dünya çempionatına gələcək. Bu, mütləqdir. Ümid edirik ki, turnirin başlanğıcına qədər vəziyyət normallaşacaq.

Komanda gəlib öz ölkəsini dünya çempionatında təmsil etməlidir. Oyunçular oynamaq istəyirlər. İdman siyasətdən kənarda olmalıdır”.

İran yığması Belçika, Misir və Yeni Zelandiya milli komandaları ilə eyni qrupa düşüb.

2026-cı il dünya çempionatı 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 Aprel 14:20 Bir də yayda qayıdacaq