“Santos”un hücumçusu Neymar 2022-ci il dünya çempionatından kənarlaşdırıldıqları anı xatırlayıb.
Braziliya millisi DÇ-2022-də 1/4 finalda Xorvatiyaya penaltilər seriyasında məğlub olmuşdu.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, braziliyalı futbolçu həmin anlar haqda belə deyib:
"Dəfnimin necə olacağını gördüm. Kiçik bir otaqda idim və ailəm içəri girdi.
Hamının gözlərində yaş var idi, heç nə demədilər. Hamı sadəcə mənə baxdı. Elə bilirdim ki, tabutdayam”.
34 yaşlı forvard 2025-ci ilin yanvar ayından “Santos”da oynayır. O, bu mövsüm 6 oyun keçirib, 3 qol vurub və 3 məhsuldar ötürmə edib.

