"İtaliyanın DÇ-2026-da iştirak edəcəyinə yüz faiz əminəm"

"İtaliyanın DÇ-2026-da iştirak edəcəyinə yüz faiz əminəm"

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti İtaliya yığmasının 2026-cı il dünya çempionatına vəsiqə qazanmaq şansları barədə danışıb.

Sportinfo.az “Mozzart Sport”-a istinadən xəbər verir ki, italiyalı çalışdırıcı, ölkəsinin millisinin DÇ-2026-da iştirak edəcəyinə yüz faiz əmin olduğunu deyib:

“Cennaro Qattuzoya (İtaliya millisinin baş məşqçisi) uğurlar arzulayıram. Onu dünya kubokunda görməyi səbirsizliklə gözləyirəm.

İtaliya yığmasının DÇ-2026-da iştirak edəcəyinə yüz faiz əminəm. Komanda turnirdə asan qrupa düşəcək və ən çətin rəqibi İsveçrə millisi olacaq”.

İtaliya millisi bu gün pley-off mərhələsində Bosniya və Herseqovina yığması ilə qarşılaşacaq.

Bu il iyunun 11-dən iyulun 19-dək ABŞ, Meksika və Kanadada keçiriləcək DÇ-2026-ya ümumilikdə 48 komanda qatılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti