Pley-offda uduzan millinin baş məşqçisi dedi: “Daha pisini yaşadım”

Pley-offda uduzan millinin baş məşqçisi dedi: “Daha pisini yaşadım”

Uels millisinin baş məşqçisi Kreyq Bellami Bosniya və Herseqovina yığması ilə oyun (1:1; penati 2:4) haqda danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Daha pisini yaşadım. Bu, sadəcə bir oyundur. Bu, mənim vecimə deyil demək deyil, bu, mənim üçün hər şey deməkdir.

Amma mən buna belə baxıram, sabah günəş yenidən doğacaq və mən də onunla birlikdə doğacam”.

Son 20 ildən çoxdur ki, bu, Uels millisinin Avropa və dünya çempionatlarının pley-off mərhələsində 5-ci iştirakı olub.

Bosniya və Herseqovina yığması DÇ-2026-nın 31 martda keçiriləcək pley-off finalına vəsiqə qazanıb və komanda burada İtaliya yığmasıyla qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti