İcraçı vitse-prezident: “Hələlik dəqiq bir şey söyləyə bilmirik, danışıqlar gedir”

İcraçı vitse-prezident: “Hələlik dəqiq bir şey söyləyə bilmirik, danışıqlar gedir”

2027-ci ildə ölkəmizdə keçiriləcək dünya çempionatı ilə bağlı FIFA və bir sıra qurumlarla sıx əlaqə yaradılıb.

Sportinfo.az xəbər verir ki, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

O bildirib ki, mundialı qəbul edəcək konkret şəhərlərdən biri Bakıdır:

“Digər rayon və şəhərlərlə bağlı hələlik dəqiq bir şey söyləyə bilmirik. Danışıqlar gedir. Hələlik sadəcə Bakının adını çəkə bilərik.

FIFA ilə gündəlik olaraq əlaqədəyik. Oyunların sentyabr və oktyabr aylarında keçiriləcəyi gözlənilir. Lakin dəqiq vaxt hələlik bəlli deyil”.

2027-ci il dünya çempionatına Azərbaycan və Özbəkistan birgə ev sahibliyi edəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
26 Mart 02:30 O da danışacaq
26 Mart 02:10 Milliyə aid MƏLUMAT