Türkiyə millisi pley-offun finalına vəsiqə qazandı - VİDEO

27 Mart 00:00 Dünya çempionatı 462
Türkiyə millisi pley-offun finalına vəsiqə qazandı - VİDEO

DÇ-2026-nın Avropa zonası üzrə pley-off mərhələsinə start verilib.

Sportinfo.az xəbər verir ki, A, B, C və D yolları üzrə bu günə nəzərdə tutulan ümumilikdə 8 oyundan 1-i artıq başa çatıb.

Türkiyə millisi İstanbulda Rumıniya yığmasını qəbul edib. Oyun Türkiyənin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da Türkiyə pley-off mərhələsinin finalına adlayıb. Komanda həlledici mərhələdə Slovakiya – Kosovo cütünün qalibi ilə qarşılaşacaq.

Türkiyə - Rumıniya - 1:0

Qol: Ferdi Kadıoğlu, 53

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti