“Dünya çempionatını boykot etmək niyyətində deyilik”

“Dünya çempionatını boykot etmək niyyətində deyilik”

İran Futbol Federasiyasının prezidenti Mehdi Tac milli komandanın 2026-cı il dünya çempionatında iştirak etməyi planlaşdırdığını açıqlayıb və Yaxın Şərqdə baş verən gərginlik fonunda turniri boykot etməyəcəklərini vurğulayıb.

Federasiya rəsmisi daha əvvəl İran millisinin matçlarının ABŞ-dən Meksikaya köçürülməsi barədə danışıqlar apardıqlarını bildirmişdi.

Sportinfo.az “Fars Xəbər Agentliyi”-nə istinadən xəbər verir ki, Tac, dünya çempionatını boykot etmək niyyətində olmadıqlarını bildirib:

“Milli komanda hazırda Türkiyədə təlim-məşq toplanışındadır və orada iki yoldaşlıq oyunu da keçirəcəyik. Biz Amerikaya etiraz edəcəyik! Dünya çempionatını boykot etmək niyyətində deyilik”.

FİFA isə İrana aid matçların yerinin dəyişdirilməsi ilə bağlı suala cavab olaraq qeyd edib ki, bütün komandaların elan edilmiş cədvələ uyğun oyun keçirməsi gözlənilir.

DÇ-2026 bu ilin yayında ABŞ, Meksika və Kanadada keçiriləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti