Tramp İran yığmasının DÇ-də iştirakını istəmir

Tramp İran yığmasının DÇ-də iştirakını istəmir

ABŞ Prezidenti Donald Tramp İrana qarşı davam edən hərbi gərginlik fonunda bu ölkənin yığmasının dünya çempionatında iştirakı ilə bağlı ziddiyyətli bəyanat verib.

Sportinfo.az xəbər verir ki, Tramp özünün “Truth Social” hesabında İran millisinin turnirə dəvət olunduğunu təsdiqləsə də, onların gəlişini “arzuolunmaz” adlandırıb:

“İran komandası dünya çempionatına xoş gəlib, lakin mən onların orada olmasını öz həyatları və təhlükəsizlikləri baxımından məqsədəuyğun hesab etmirəm”.

Sözügedən açıqlama FIFA prezidenti Canni İnfantinonun Trampla görüşündən sonra verdiyi “İran millisi ABŞ-də xoş qarşılanacaq” mesajı ilə ziddiyyət təşkil edir.

İranın idman naziri Əhməd Dünyamalı bildirib ki, Ali Lider Əli Xameneinin ABŞ-İsrail zərbələri nəticəsində həlak olmasından sonra İranın ABŞ torpağında keçirilən yarışda iştirakı qeyri-mümkündür.

Dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçiriləcək. İran Belçika, Misir və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alıb və bütün oyunlarını ABŞ şəhərlərində keçirməlidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti