İranın idman naziri Əhməd Dünyamalı milli komandanın yayda ABŞ-da keçiriləcək dünya çempionatında iştirak edib-etməyəcəyi ilə bağlı şərh verib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, nazir, belə şəraitdə mundialda iştirak etmək imkanlarının olmadığını bildirib:
“Pozulmuş hökumət liderimizi öldürdükdən (İsrail və ABŞ-nin təşkil etdiyi döyüş əməliyyatı ilə İranın ali lideri Əli Xameneyinin öldürülməsi) sonra dünya çempionatında iştirak etmək üçün heç bir şərait qalmayıb.
İrana qarşı həyata keçirilən sərt addımlar fonunda – səkkiz-doqquz ay ərzində bizə iki müharibə sırıdılıb və nəticədə, minlərlə vətəndaşımız həlak olub. Belə şəraitdə mundialda iştirak etmək imkanımız yoxdur”.
Yayda keçiriləcək dünya çempionatına ABŞ, Kanada və Meksika olmaqla üç ölkə ev sahibliyi edəcək.

