FİFA-nın prezidenti Canni İnfantino qarşıdan gələn 2026-cı il dünya çempionatının favoritləri haqqında danışıb.
Sportinfo.az AS-a istinadən xəbər verir ki, o, İspaniya millisinin qələbə üçün əsas namizədlərdən biri olduğunu vurğulayıb:
“Əlbəttə ki, İspaniya digərləri ilə yanaşı, favoritlərdən biridir. Biz artıq İspaniyanın güclü tərəflərini bilirik.
Reytinqdə birinci yeri tutan komanda dünya kubokunun favoritləri arasında olmalıdır”.
DÇ-2026 11 iyun-19 iyul tarixlərində üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək.
İspaniya yığması H qrupunda Kabo-Verde, Səudiyyə Ərəbistanı və Uruqva ilə qarşılaşacaq.

