FİFA yayda keçiriləcək futbol üzrə dünya çempionatının əməliyyat büdcəsini 100 milyon dollardan çox azaltmaq qərarına gəlib.
Sportinfo.az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.
Büdcənin azaldılması bəzi dairələrdə təəccüb doğurub. Çünki turnirin təşkilində ABŞ vergi ödəyicilərinin üzərinə böyük maliyyə yükü düşür və azarkeşlər üçün bilet qiymətləri rekord səviyyəyə çatıb.
FİFA nümayəndəsi isə bildirib ki, təşkilat xərclərə nəzarət etmək və dünya futbolunun inkişafına daha çox sərmayə yönəltmək üçün büdcənin səmərəliliyini mütəmadi olaraq təhlil edir.
“FİFA xərcləri nəzarətdə saxlamaq və futbolun qlobal inkişafına investisiyanı maksimum artırmaq üçün büdcəni daim təhlil edir.
Hər bir turnir və tədbir ərəfəsində büdcənin yenidən nəzərdən keçirilməsi adi praktikadır. Bu səbəbdən, bu qərar təəccüb doğurmamalıdır.
Büdcə səmərəliliyinin artırılması ilə bağlı addımların FİFA-da qarşıdan gələn prezident seçkiləri ilə əlaqələndirilməsi isə tam əsassızdır” – deyə, təşkilat rəsmisi bildirib.
2026-cı il futbol üzrə dünya çempionatı 11 iyun-19 iyul tarixlərində keçiriləcək. Turnirə üç ölkə – ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

