“Meydana qorxu ilə çıxmışdıq, məğlub olub davam edə bilməməkdən çəkinirdik” - Messidən etiraf

“Meydana qorxu ilə çıxmışdıq, məğlub olub davam edə bilməməkdən çəkinirdik” - Messidən etiraf

Lionel Messi 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisinin ən çətin anlarından birini xatırlayıb.

Hazırda “İnter Mayami”də çıxış edən 39 yaşlı hücumçu bildirib ki, komanda Meksika millisi ilə qarşılaşmadan əvvəl turniri erkən tərk etmək qorxusu yaşayıb.

O, qeyd edib ki, qrup mərhələsində Səudiyyə Ərəbistanı millisi ilə oyunda gözlənilməz 1:2 hesablı məğlubiyyətdən sonra təzyiq xeyli artıb.

Onun sözlərinə görə, Meksika yığması ilə 2:0 hesablı qələbə komandaya psixoloji baxımdan nəfəs almaq imkanı verib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı futbolçu həmin vaxt təzyiqin tam fərqli olduğunu söyləyib:

“2006-cı illə müqayisədə bu oyun mənim üçün daha çətin idi. Təzyiq tam fərqli idi. Qalib gəlməsəydik, demək olar ki, turnirdən kənarda qalacaqdıq.

Meydana qorxu ilə çıxmışdıq, çünki az əvvəl yaşadıqlarımız hələ də beynimizdə idi. Məğlub olub davam edə bilməməkdən çəkinirdik”.

Argentina millisinin kapitanı vurğulayıb ki, hesab açıldıqdan sonra komanda tam rahatlaşıb:

“Qoldan sonra özümüzü azad hiss etdik. Bu, hamı üçün bir növ azadlıq idi. Yenidən taleyimiz öz əlimizə keçdi”.

Messi, həmçinin, turnirin digər gərgin anlarını da xatırladıb.

O bildirib ki, Emiliano Martinesin (Argentina millisinin qapıçısı) kritik epizodda etdiyi seyv komandaya böyük təsir göstərib.

Hücumçu əlavə edib ki, həmin mundialda Niderland və Fransa milliləri ilə oyunlar da komandanın xarakterini nümayiş etdirib.

Messinin sözlərinə görə, məhz Meksika yığması ilə qarşılaşma Argentina millisi üçün dönüş nöqtəsi olub və komandanın ən ağır sınaqlarından biri kimi yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
25 Fevral 18:10 Çək və bizə göndər!