FİFA-nın sabiq prezidenti Yozef Blatter ABŞ, Kanada və Meksikada keçirilməsi planlaşdırılan 2026-cı il dünya çempionatı öncəsi ABŞ-nin siyasətini tənqid edib.
Daha əvvəl ABŞ prezidenti Donald Tramp dünya çempionatında iştirak edənlər də daxil olmaqla 70-dən çox ölkənin vətəndaşları üçün vizaların dayandırılması barədə sərəncam imzalayıb.
Sportinfo.az CBC-yə istinadən xəbər verir ki, Blatter, həmçinin, Trampın və FİFA prezidenti Canni İnfantinonun maliyyə məsələlərinə diqqət yetirməsinə, bunun azarkeşlərin ziyanına işləməsinə diqqət çəkib:
“Dünya çempionatı viza verməyən ölkədə keçirilməməlidir! ABŞ-nin hər şeyə qarşı nüfuzdan salma siyasəti var”.

