Kanal əməkdaşları DÇ-2018-in yayımı ilə bağlı tətil etdi

25 Dekabr 2017 12:12 Dünya çempionatı 537
Kanal əməkdaşları DÇ-2018-in yayımı ilə bağlı tətil etdi

İtaliyanın "Rai Sport" telekanalının jurnalistləri Rusiyada keçiriləcək Dünya çempionatı-2018-in oyunlarının yayım hüququ ilə bağlı tətil elan ediblər.

Sportinfo.az xəbər verir ki, telekanal bu məqsədlə gələn il yanvarın 3-də İtaliya Kuboku çərçivəsində keçiriləcək "Yuventus" – "Torino" matçını efirə şərhsiz verəcək.

Çünki "Rai Sport" öz tarixində birinci dəfədir ki, DÇ oyunlarının yayım hüququnu ala bilməyib. Yayım hüququ rəqib "Mediaset" holdinqinə verilib. Sözügedən holdinq öz pulsuz kanallarında 64 oyunun hamısını nümayiş etdirəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti