“Bayern”in və Almaniya millisinin yarımmüdafiəçisi Coşua Kimmix ABŞ-ın siyasi addımları səbəbindən 2026-cı il dünya çempionatının mümkün boykotu ilə bağlı müzakirələrə münasibət bildirib.
Sportinfo.az “sport1.de”-yə istinadən xəbər verir ki, almaniyalı futbolçu, siyasət mövzusuna qarışmaq niyyətində olmadığını açıq şəkildə ifadə edib:
“Mən siyasi məsələlərdə iştirak etməyi düşünmürəm. Futbolçular bu mövzuda danışsalar belə, vəziyyətə heç bir təsir göstərə bilməzlər.
Almaniyada bu kimi məsələləri məndən daha yaxşı anlayan insanlar var. Qoy şərhləri də onlar versinlər”.
Növbəti dünya çempionatı bu ilin yayında Şimali Amerikada keçiriləcək. Turnirə eyni vaxtda ABŞ, Kanada və Meksika ev sahibliyi edəcək.

