Bilet sifarişləri rekord həddə çatdı - DÇ-2026 üçün

Bilet sifarişləri rekord həddə çatdı - DÇ-2026 üçün

DÇ-2026 üçün bilet sifarişlərində tarixi rekord qeydə alınıb.

Sportinfo.az “Footmercato”ya istinadən xəbər verir ki, FİFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatı ilə bağlı diqqətçəkən statistikanı açıqlayıb.

Onun sözlərinə görə, turnirin qrup mərhələsi oyunları üçün biletlərə maraq misli görünməmiş səviyyəyə çatıb. Hazırda FİFA-ya 150 milyondan çox sifariş daxil olub. İnfantino marağın miqyasını belə şərh edib:

“Cəmi 15 gün ərzində dünyanın müxtəlif ölkələrindən bilet almaq üçün 150 milyon müraciət qəbul etmişik.

Satışdan öncəki mərhələdə hər gün orta hesabla 10 milyon sorğu qeydə alınıb. Bu baxımdan ən fəal ölkələr ABŞ, Almaniya və Böyük Britaniyadır”.

DÇ-2026 ABŞ, Meksika və Kanada olmaqla üç ölkədə keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Dekabr 18:10 Çək və bizə göndər!
29 Dekabr 08:40 Yaponiyaya yollandı - FOTO
29 Dekabr 07:10 Yollar buz bağlayacaq