“Kağız üzərində baxanda...” - Favorit gördüyü komandanın adını açıqladı

“Kağız üzərində baxanda...” - Favorit gördüyü komandanın adını açıqladı

İspaniya millisinin və “Barselona”nın sabiq müdafiəçisi Jerar Pike 2026-cı il dünya çempionatı ilə bağlı gözləntilərini bölüşüb və turnirin əsas favoritini açıqlayıb.

Sportinfo.az “RMC Sport”-a istinadən xəbər verir ki, o, hazırda ən güclü heyətin Fransaya məxsus olduğunu bildirib:

“Düşünürəm ki, bu gün fransalıların ən istedadlı heyəti var. Kağız üzərində baxanda onların futbolçu seçimi ən güclüsüdür.

Amma futbolda nəticəni təkcə tanınmış adlar müəyyən etmir. Komanda bütöv bir mexanizm kimi işləməlidir.

Belə birlikdəlik hətta əsas favoriti də məğlub edə bilər”.

DÇ-2026 gələn ilin yayında Meksika, Kanada və ABŞ-da keçiriləcək. Turnirin son qalibi Argentina millisidir.

Digər Xəbərlər
Xəbər Lenti