DÇ-2026-nın əsas favoritlərini açıqladı - Superkompüter

DÇ-2026-nın əsas favoritlərini açıqladı - Superkompüter

“Opta” analitik şirkətinin superkompüteri 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının əsas favoritlərini açıqlayıb. Turnir tarixdə ilk dəfə 48 milli komandanın iştirakı ilə baş tutacaq.

Sportinfo.az “Opta”-ya istinadən xəbər verir ki, proqnoza görə, İspaniya yığması mundialın ən böyük favoritidir – komandanın qalib gəlmə ehtimalı 17 faiz olaraq qiymətləndirilir.

Siyahıda ikinci yerdə Fransa yığması (14,1 faiz), üçüncü pillədə isə İngiltərə millisi (11,8 faiz) qərarlaşıb.

Hazırkı dünya çempionu Argentinanın titulu qoruma ehtimalı superkompüter tərəfindən 8,7 faiz olaraq göstərilib.

Argentina millisi 2022-ci ildə keçirilən mundialın finalında Fransanı məğlub etmişdi. Əsas vaxt 3:3 hesabı ilə başa çatmış, penaltilər seriyasında isə Cənubi Amerika təmsilçisi qalib gəlmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
30 Noyabr 20:10 "Onu çox tərifləməyək"